Bakı. 8 iyun. REPORT.AZ/ Naxçıvan Avtomobil Zavodu (NAZ) "
"Report"un verdiyi xəbərə görə, bu barədə müəssisənin direktoru Musa Abdullayev məlumat verib: "Müəssisədə yığılan 80 ədəd "NAZ-Lifan X60" krossoveri və 200 ədəd "NAZ-Lifan 720" markalı avtomobil istifadə üçün "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinə təhvil verilib".
Onun sözlərinə görə, idman yarışlarında işlərin maneəsiz şəkildə görülməsi üçün mükəmməl nəqliyyat vasitələri ilə təminat məqsədi ilə fasiləsiz servis xidməti də təşkil edilib.
"Günün istənilən vaxtında hər hansı bir problemlə qarşılaşacaq sürücü Qaynar Xəttə müraciət edə bilər. Dərhal həmin ünvana yollanacaq çinli və yerli mütəxəssislərdən ibarət peşəkar mobil briqada problemi yerindəcə həll etmək gücünə malikdir", - deyə M.Abdullayev əlavə edib.