“Naftalan” tankeri təmirdən sonra istismara qaytarılıb

“Naftalan” tankeri təmirdən sonra istismara qaytarılıb “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Naftalan” tankeri əsaslı təmir olunub.
İnfrastruktur
3 Yanvar , 2020 12:27
“Naftalan” tankeri təmirdən sonra istismara qaytarılıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Naftalan” tankeri əsaslı təmir olunub.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, göyərtəsi tam təmizlənərək rənglənib. Baş mühərriklər təmir olunub, köməkçi mühərriklər isə yeniləri ilə əvəzlənib.

Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Maşın şöbəsində və boru sistemlərində təmir işləri aparılıb, yeni borular quraşdırılıb, gəmidə elektrik-quraşdırma işləri yerinə yetirilib.

Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Qeyd edək ki, təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.

Xatırladaq ki, “Naftalan” gəmisinin uzunluğu 125,06 metr, eni 16,63 metr, tam yükgötürmə qabiliyyəti 4 600 tondur.

Son xəbərlər

Orphus sistemi