Müsüslü-Qarabucaq mənzilində 5,5 km dəmir yolu əsaslı təmir olunur

Müsüslü-Qarabucaq mənzilində 5,5 km dəmir yolu əsaslı təmir olunur Təmir işləri uzunluğu 600 km olan Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində həyata keçirilir
İnfrastruktur
13 İyun , 2017 12:03
Müsüslü-Qarabucaq mənzilində 5,5 km dəmir yolu əsaslı təmir olunur
Ady.az

Bakı. 13 iyun. REPORT.AZ/ Uzunluğu 600 km olan Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində bu gündən Müsüslü-Qarabucaq mənzilində 5,5 km dəmir yolunun təmirinə start verilib.

"Report" "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. 

Şirkətin baş mühəndisi İsmayıl Sadıqovun sözlərinə görə, işlər 3 gün davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 289 km dəmir yolu əsaslı təmir olunub.

Son xəbərlər

Orphus sistemi