Mülkiyyət hüququnun qeydiyyatı aparılmış daşınmaz əmlakların sayı 29% artıb

Mülkiyyət hüququnun qeydiyyatı aparılmış daşınmaz əmlakların sayı 29% artıb 2021-ci ildə Azərbaycanda mülkiyyət hüququnun qeydiyyatı aparılmış daşınmaz əmlakların sayı 2020-ci illə müqayisədə 28,6% artaraq 305 308-yə çatıb.
İnfrastruktur
28 Yanvar , 2022 17:07
Mülkiyyət hüququnun qeydiyyatı aparılmış daşınmaz əmlakların sayı 29% artıb

2021-ci ildə Azərbaycanda mülkiyyət hüququnun qeydiyyatı aparılmış daşınmaz əmlakların sayı 2020-ci illə müqayisədə 28,6% artaraq 305 308-yə çatıb.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, həmin əmlakların 64 737-si (21,2%-i) ilkin, 240 571-i (78,8%-i) isə təkrar qeydiyyatın payına düşüb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış əmlaklardan 48 588-i fərdi yaşayış və bağ evi, 91 546-sı mənzil, 152 706-sı torpaq sahəsi, 3 593-ü qeyri-yaşayış binası, 8 019-u qeyri-yaşayış sahəsi, 809-u əmlak kompleksi, 47-si isə çoxmərtəbəli yaşayış binasıdır.

Ötən il dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 101 906-sı Bakıda, qalanları isə bölgələrdə yerləşir.

2021-ci ildə 16 082 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2020-ci illə müqayisədə bu rəqəm 20,5% artıb. Analoji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən il torpaq sahələrinin ilkin qeydiyyatı əvvəlki ilə nisbətən 23,8% artaraq 15 637, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı isə 37,1% artaraq 3 670 olub.

2021-ci ildə 237 447 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə 2020-ci il ilə müqayisədə 18,9% artım deməkdir.

Ötən il qeydiyyata alınamış ipoteka müqavilələrinin sayı isə əvvəlki illə müqayisədə 64,5% artaraq 53 775 olub.

Son xəbərlər

Orphus sistemi