Muğanlı-Körpüsındıran avtomobil yolunun tikintisinə 7 mln. manat ayrılıb

Muğanlı-Körpüsındıran avtomobil yolunun tikintisinə 7 mln. manat ayrılıb Prezident İlham Əliyev Bərdə rayonunda yol tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
İnfrastruktur
26 Mart , 2018 16:20
Muğanlı-Körpüsındıran avtomobil yolunun tikintisinə 7 mln. manat ayrılıb

Bakı. 26 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Bərdə rayonunun Muğanlı–Körpüsındıran avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən, 9 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 mln. manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi