​Moskva-Qəbələ reysi təxirə salınıb

​Moskva-Qəbələ reysi təxirə salınıb Uçuş "VİM-Avia" şirkəti tərəfindən həyata keçirilməli idi
İnfrastruktur
855
22 Fevral , 2015 15:27
​Moskva-Qəbələ reysi təxirə salınıb

Bakı. 22 fevral. REPORT.AZ/ Fevralın 22-də Bakı vaxtı ilə saat 16:00 Moskvadan Qəbələyə uçmalı olan "NN 433" saylı reys ləğv olunub.

"Report" Moskvanın "Domodedovo" Hava Limanının uçuş cədvəlinə istinadən xəbər verir ki, reys "Boeing 757-200" təyyarəsi ilə "VİM-Avia" şirkəti tərəfindən həyata keçirilməli idi.

Uçuşun hansı səbəbdən təxirə salındığı məlum deyil. Qəbələ Beynəlxalq Hava Limanı ilə əlaqə yaratmaq mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi