Moskva aeroportları fəaliyyətini tam bərpa edib

Moskva aeroportları fəaliyyətini tam bərpa edib Rusiyanın paytaxtı Moskvadakı Vnukovo və Domodedovo beynəlxalq hava limanları fəaliyyətini tam bərpa edib.
İnfrastruktur
26 avqust 2023 07:33
Moskva aeroportları fəaliyyətini tam bərpa edib

Rusiyanın paytaxtı Moskvadakı Vnukovo və Domodedovo beynəlxalq hava limanları fəaliyyətini tam bərpa edib.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, Vnukovo aeroportu bu gün yerli vaxtla saat 02:22-dən 03:30-dək, Domodedovo aeroportu isə 02:25-dən 03:32-dək bağlı olub, sonradan onların işi qismən bərpa olunub. Hazırda hava limanları normalı rejimdə fəaliyyət göstərir. Fasiləyə səbəb Moskva vilayətinin İstra rayonuna pilotsuz uçuş aparatının (PUA) hücumu olub.

Son xəbərlər

Orphus sistemi