Dövlət Miqrasiya Xidməti keçirdyi tenderin nəticələrinə aydınlıq gətirdi

Dövlət Miqrasiya Xidməti keçirdyi tenderin nəticələrinə aydınlıq gətirdi Qeyd edilən istiqamətlər üzrə tenderlər üzrə cəmi məbləğ 5 milyon 429 min manat deyil, 54 min 290 manatdır
İnfrastruktur
24 May , 2021 13:17
Dövlət Miqrasiya Xidməti keçirdyi tenderin nəticələrinə aydınlıq gətirdi

Dövlət Miqrasiya Xidməti elan etdiyi tenderin nəticələrinə aydınlıq gətirib.

Xidmətdən “Report”a verilən açıqlamada deyilir:

“Bəzi mətbu orqanlarda Dövlət Miqrasiya Xidmətinin elan etdiyi tender nəticələri ilə bağlı məbləğlərin qeyri-dəqiq göstərilməsi sistemə məlumatların daxil edilməsi zamanı tərəfimizdən xəta baş verməsi ilə əlaqədardır (məbləğdə “nöqtə” işarəsinin qeyd edilməməsi). Məlumatlara sistemdə artıq düzəlişlər edilib. Bununla yanaşı saytda yerləşdirilən müqavilələrdə doğru məbləğlər öz əksini tapıb”.

Məlumatda deyilir ki, qeyd edilən istiqamətlər üzrə tenderlər üzrə cəmi məbləğ 5 milyon 429 min manat deyil, 54 min 290 manatdır: “Gələcəkdə bu cür halların baş verməməsi diqqətdə saxlanılacaq. Mətbuat nümayəndələrinə bu məsələni anlayışla qarşılamağı və məlumatlarında müvafiq dəyişikliklərin edilməsini xahiş edirik”.

Son xəbərlər

Orphus sistemi