Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır Bakı. 2 may. REPORT.AZ/ Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.
İnfrastruktur
2 May , 2018 10:06
Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Bakı. 2 may. REPORT.AZ/ Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a verilən məlumata görə, eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 150 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Mingəçevir stansiyasınin cüt boğazında 5 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Son xəbərlər

Orphus sistemi