Mikayıl Cabbarov: "Türkiyənin kədəri bizim kədərimizdir"

Mikayıl Cabbarov: "Türkiyənin kədəri bizim kədərimizdir" "Türkiyənin kədəri bizim kədərimizdir".
İnfrastruktur
6 Fevral , 2023 10:52
Mikayıl Cabbarov: Türkiyənin kədəri bizim kədərimizdir
Mikayıl Cabbarov

"Türkiyənin kədəri bizim kədərimizdir".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

O qeyd edib ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşılayırıq: "Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralılara şəfa diləyirik".

Xatırladaq ki, Türkiyədə bu gün səhər saatlarında 7,4 maqnitudalı zəlzələ olub,  284 nəfər ölüb, 2323 nəfər yaralanıb. Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Son xəbərlər

Orphus sistemi