Mikayıl Cabbarov: "Azərbaycanda kadr ehtiyatının yaradılması prioritetdir"

Mikayıl Cabbarov: "Azərbaycanda kadr ehtiyatının yaradılması prioritetdir" Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı istiqamətində müasir tələblərə cavab verən kadr ehtiyatının yaradılması,davamlı olaraq təkmilləşdirilməsi və innovativliyi stimullaşdıran ekosistemin qurulması prioritet təşkil edir.
İnfrastruktur
24 Yanvar , 2025 10:40
Mikayıl Cabbarov: Azərbaycanda kadr ehtiyatının yaradılması prioritetdir

Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı istiqamətində müasir tələblərə cavab verən kadr ehtiyatı yaradılması, davamlı olaraq təkmilləşdirilməsi və innovativliyi stimullaşdıran ekosistemin qurulması prioritet təşkil edir.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"24 yanvar – Beynəlxalq Təhsil Günü bu il süni intellekt və təhsil mövzusuna həsr edilib. Rəqəmsal transformasiyadan qaynaqlanan çağırışlar şəraitində yüksək peşə bacarıqlarına malik insan kapitalının formalaşması zəruridir", - nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi