Mikayıl Cabbarov: "Azərbaycan ərazisindən keçən TIR-ların sayı 74 % artıb"

Mikayıl Cabbarov: "Azərbaycan ərazisindən keçən TIR-ların sayı 74 % artıb" "Bu gün də Türkiyə tərəfi ilə dediyim sahələrlə bağlı müzakirələr aparılıb"
İnfrastruktur
18 Fevral , 2021 18:53
Mikayıl Cabbarov: Azərbaycan ərazisindən keçən TIR-ların sayı 74 % artıb
Mikayıl Cabbarov / Report/ Firi Salim

“Nəqliyyat və tranzit sahəsi Azərbaycan və Türkiyənin ikitərəfli əməkdaşlığında mühüm sahələrdəndir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Ankarada keçirilən Türkiyə-Azərbaycan iş adamları forumunda bildirib.

"Bu gün də Türkiyə tərəfi ilə dediyim sahələrlə bağlı müzakirələr aparılıb. Son illər Azərbaycan ərazisindən Türkiyə və Orta Asiyaya, eləcə də əks istiqamətdə hərəkət edən TIR-ların sayında əhəmiyyətli artım müşahidə edilib. 2020-ci ildə dinamika 2019-cu illə müqayisədə 74,4 % olub”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi