MİDA inzibati binasının yenidənqurulmasına əlavə 4 mln manat xərcləyəcək

MİDA inzibati binasının yenidənqurulmasına əlavə 4 mln manat xərcləyəcək Tenderin qalibi “Torma” MMC-dir
İnfrastruktur
250
10 İyul , 2021 11:46
MİDA inzibati binasının yenidənqurulmasına əlavə 4 mln manat xərcləyəcək

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanında yerləşən inzibati binasının yenidənqurulması (rekonstruksiyası) üzrə əlavə işlərlə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Torma” MMC-dir.

Qalib şirkətə 3 milyon 877,7 min manat ödəniləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlamasının bu il 5-ci ildönümü qeyd olundu.

Son xəbərlər

Orphus sistemi