MİDA Hövsanda daha bir yaşayış kompleksi inşa etdirəcək

MİDA Hövsanda daha bir yaşayış kompleksi inşa etdirəcək Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki “MİDA” MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində 18,8 hektar ərazidə daha bir yaşayış kompleksinin tikintisi üçün 6 lotluq açıq tender elan edib.
İnfrastruktur
7 Oktyabr , 2020 10:33
MİDA Hövsanda daha bir yaşayış kompleksi inşa etdirəcək

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki “MİDA” MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində 18,8 hektar ərazidə daha bir yaşayış kompleksinin tikintisi üçün 6 lotluq açıq tender elan edib.

“Report” xəbər verir ki, lotlar üzrə iştirak haqqı 600-1 400 manat arasında dəyişir. 

İddiaçılar ilkin sənədləri oktyabrın 23-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 2-nə qədər şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Zahid Vəliyevdir. Telefon: (012) 594-54-01 (Daxili: 238).

Təkliflərə noyabrın 3-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi