MİDA 100 milyon manatlıq 7 tenderə yekun vurub

MİDA 100 milyon manatlıq 7 tenderə yekun vurub Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində 30 yaşayış binasının tikintisi (6 tender) ilə bağlı elan etdiyi 7 açıq tenderə yekun vurub.
İnfrastruktur
1163
30 Noyabr , 2020 12:16
MİDA 100 milyon manatlıq 7 tenderə yekun vurub

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində 30 yaşayış binasının tikintisi (6 tender), eləcə də ərazinin şaquli planlaşdırılması, səki və yolların inşası, abadlıq və yaşıllaşdırma işlərinin görülməsi (1 tender) ilə bağlı elan etdiyi 7 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Yar İnşaat Təmir Tikinti” MMC, “DDlar İnşaat” QSC, “Hovers Group” MMC, “GM Construction” MMC, “Hünər İnşaat” Firması, “HN Construction” MMC və “Kavkaz-L” QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 8,868 milyon manat, 8,869 milyon manat, 17,732 milyon manat, 17,666 milyon manat, 18,295 milyon manat, 18,144 milyon manat və 9,899 milyon manat, ümumilikdə isə 99,472 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi