MİDA-da şikayətlərin araşdırılması üçün xüsusi komissiya yaradılıb

MİDA-da şikayətlərin araşdırılması üçün xüsusi komissiya yaradılıb Komissiya şikayətləri araşdıraraq 10 gün ərzində vətəndaşlara cavab verəcək
İnfrastruktur
10 May , 2018 11:55
MİDA-da şikayətlərin araşdırılması üçün xüsusi komissiya yaradılıb
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı mənzillərlə bağlı yaranmış narazılıqları aradan qaldırmaq üçün qurumda xüsusi komissiya yaradılıb.

“Report”un əldə etdiyi məlumata görə, komissiya şikayətləri araşdıraraq 10 gün ərzində vətəndaşlara cavab verəcək.

Xatırladaq ki, mayın 7-də sosial ev almaq istəyənlər satışın həyata keçirildiyi e-gov.az saytına daxil olmaqda ciddi çətinliklə üzləşiblər. Təxminən 1 saat ərzində Yasamal Yaşayış Kompleksindən olan 260 mənzilin satıldığı məlum olub. Sosial şəbəkələrdə yer alan məlumatlara görə, sistemdə problemlər ucbatından təxminən 1 600 vətəndaşa mənzil əldə etdiyinə dair bildiriş təqdim edilib. Bundan sonra narazı şəxslər MİDA-nın ofisi qarşısına yığışıb.

Son xəbərlər

Orphus sistemi