MİDA 11 mln. manata yaxın özəl investisiya cəlb edib

MİDA 11 mln. manata yaxın özəl investisiya cəlb edib Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sosial obyektlərin tikintisinə 11 mln. manata yaxın özəl investisiya cəlb edib. 
İnfrastruktur
104
29 Noyabr , 2017 15:09
MİDA 11 mln. manata yaxın özəl investisiya cəlb edib
MİDA-nın direktoru Samir Nuriyev / Report/ Elshan Baba

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sosial obyektlərin tikintisinə 11 mln. manata yaxın özəl investisiya cəlb edib. 

"Report" xəbər verir ki, bu barədə "Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar" mövzusunda keçirilən konfransda çıxış edən MİDA-nın direktoru Samir Nuriyev bildirib. 

"Bu yaxınlarda Yasamal Yaşayış Kompleksinin nəzdindəki ticarət mərkəzinin inşası üçün 6-7 mln. manatlıq investisiya cəlb etməyi düşünürük. Bununla da layihələrimizdə özəl investisiyaların həcmini 18 mln. manata çatdıracağıq ki, bu da ümumi portfelin 15%-i deməkdir", - deyə o qeyd edib. 

S.Nuriyev həmçinin əlavə edib ki, Kompleksdə inşa edilən ilk binalar 2018-ci ilin yay aylarında istifadəyə veriləcək. 

Son xəbərlər

Orphus sistemi