Metronun “Cəfər Cabbarlı-Xətai” stansiyaları arasındakı yolun uzunluğu açıqlanıb

Metronun “Cəfər Cabbarlı-Xətai” stansiyaları arasındakı yolun uzunluğu açıqlanıb “Hazırda “Cəfər Cabbarlı-Xətai” mənzilinin təxminən 450 metrə yaxın hissəsində dəmir-beton blokların tətbiq edilməsi üçün işlər aparılır”. “Report” xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov qurumun
İnfrastruktur
5 Noyabr , 2021 15:43
Metronun “Cəfər Cabbarlı-Xətai” stansiyaları arasındakı yolun uzunluğu açıqlanıb

“Hazırda “Cəfər Cabbarlı-Xətai” mənzilinin təxminən 450 metrə yaxın hissəsində dəmir-beton blokların tətbiq edilməsi üçün işlər aparılır”.

“Report” xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov qurumun 54 illiyi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

Ə.Osmanovun sözlərinə görə, “Cəfər Cabbarlı” stansiyasının bir yolunda əsaslı təmir olunub:

“Metropolitenin yeni dövrün texnoloji tələblərinə uyğun inkişafında 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin yaradılması metro istismarı və inşaatının vahid komanda kimi daha nizamlanmış, ardıcıl və keyfiyyətli aparılmasına, təchizatın gücləndirilməsinə, müasir standartlara cavab verən texnologiyaların geniş tətbiqinə şərait yaradıb.

Ötən illər ərzində yeni xəttin açılmasını və bu xüsusda hesabat dövründə texnoloji yeniliklərin davamı kimi məhz 2021-ci ildə bu xətdə istifadəyə verilən yeni stansiyanın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “8 Noyabr” adlandırılmasını tarixi hadisədir. İlk dəfə tunellərdə mənzil yollarının dəmir-beton bloklardan qurulması, yeni tipli təmas relsinin, yoldəyişdirici qurğu və yolun digər üstquruluşu elementlərinin tətbiqi və digər yeniliklər məhz yeni dövrün soraqçısıdır. Bu xətt yeni ildə də davam edəcək".

Onun sözlərinə görə, "Xocəsən" elektrik deposuna aparan tunellərin tam hazır olması, deponun inşaatında birinci mərhələ çərçivəsində əsaslı işlərin görülməsi və burada yerüstü stansiyanın inşasında həlledici mərhələnin başlanması metro inşaatının yeni dövrünün daha bir uğuru olacaq.

"Lokomotiv parkının yenilənməsi prosesinin davam etdirilərək, hesabat ilində 20 yeni vaqonun alınmasını və onların cəmi sayının 95-ə çatdırılıb. Metropolitendə əsaslı nailiyyətlərdən biri, xüsusən pandemiya dövründə 10 yeni ventilyatorun da alınaraq, quraşdırılması son illərdə aparılan texnoloji yeniliklərin xüsusi tempinin göstəricisidir. Metropolitenin öz istehsalat sahəsinin məhsulu olan dəmir-beton blokların metro tarixində ilk dəfə bir stansiyanın hər iki yolunda tətbiq edilməsi, bundan savayı, “Cəfər Cabbarlı” stansiyasının bir yolunda əsaslı təmir və yenidənqurma işlərinin əsas mərhələsinin tamamlanaraq, sərnişinlərin istifadəsinə verilməsini də ötən dövrün uğurları saymaq olar”, - deyə QSC-nin baş mühəndisi bildirib.

Son xəbərlər

Orphus sistemi