Metronun "Cəfər Cabbarlı" stansiyasında işlər yaxın bir ayda başa çatacaq

Metronun "Cəfər Cabbarlı" stansiyasında işlər yaxın bir ayda başa çatacaq "Bakı Metropoliteni" QSC "Cəfər Cabbarlı" stansiyasında apardığı əsaslı təmir və yenidənqurma işləri çərçivəsində stansiyanın konstruksiyasının mühafizəsinin gücləndirilməsi məqsədi ilə 3 istiqamətdə tədbirlər həyata keçirir.
İnfrastruktur
13 Sentyabr , 2021 15:45
Metronun Cəfər Cabbarlı stansiyasında işlər yaxın bir ayda başa çatacaq

"Bakı Metropoliteni" QSC "Cəfər Cabbarlı" stansiyasında apardığı əsaslı təmir və yenidənqurma işləri çərçivəsində stansiyanın konstruksiyasının mühafizəsinin gücləndirilməsi məqsədi ilə 3 istiqamətdə tədbirlər həyata keçirir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, stansiyada işlər yaxın bir ayda başa çatacaq: "Birinci istiqamət üzrə yeni kommunikasiya xətlərinin çəkilməsi və drenaj sisteminin qurulması ilə bağlı işlərin 70%-i yerinə yetirilib. Eyni zamanda 2-ci istiqamət - yerüstü təbəqədə yaradılan izolyasiya qatı ilə bağlı işlərin 50%-i tamamlanıb. 3-cü vacib istiqamət olan stansiya üzərində döşəmə daşlarının düzülməsi ilə bağlı işlərin isə 30%-dən çoxu yekunlaşıb. Bütün işləri yaxın 1 ayda tamamlamağı planlaşdırırıq".

Son xəbərlər

Orphus sistemi