Metro işləmir, dayanacaqlarda sıxlıq müşahidə olunur

Metro işləmir, dayanacaqlarda sıxlıq müşahidə olunur Rəşid Behbudov küçəsi kimi tanıdığımız Milli Bankın qarşısında günün pik saatı ilə yanaşı, istənilən vaxtdasıxlıq müşahidə olunur.
İnfrastruktur
1382
3 Avqust , 2020 12:37
Metro işləmir, dayanacaqlarda sıxlıq müşahidə olunur

Hazırda Rəşid Behbudov küçəsi kimi tanıdığımız Mərkəzi Bankın qarşısında günün pik saatları ilə yanaşı, istənilən vaxt sıxlıq müşahidə olunur.

"Report"un əməkdaşlarının ərazidə çəkiliş apardığı zaman da necə deyərlər “iynə atsan yerə düşməzdi”.

Əlbəttə, koronavirus pandemiyasının tüğyan etdiyi günlərdə bu cür arzuolunmaz görüntülər heç də yaxşı şeylər vəd etmir. 

Növbəti müşahidələrimiz isə Bakı Dəmir Yolu Vağzalı istiqamətində yerləşən dayanacaqda oldu. Burda da eyni mənzərə ilə rastlaşdıq. 

Mənzil başına virusa yoluxmadan çatmaq üçün rahat və təhlükəsiz nəqliyyat vacib şərtlərdəndir. Odur ki, bütün dünyanın devizinə çevrilən məsafəni qoru, maskanı tax, təmizliyə riayət et qaydalarına hər birimizin əməl etməsi ilə yanaşı, cavabdeh qurumların da öz işinə məsuliyyətlə yanaşması mütləqdir.

Orphus sistemi