​Məşəl estafeti ilə əlaqədar Bakıda bəzi yollar bağlanıb - XƏRİTƏ

​Məşəl estafeti ilə əlaqədar Bakıda bəzi yollar bağlanıb - XƏRİTƏ Məhdudiyyət bu gün saat 13:00-dan etibarən tətbiq edilib
İnfrastruktur
7 İyun , 2015 13:56
​Məşəl estafeti ilə əlaqədar Bakıda bəzi yollar bağlanıb - XƏRİTƏ

Bakı. 07 İyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının məşəli iyunun 12-dək 5 gün ərzində Bakı şəhərində səfər edəcək.

"Report" xəbər verir ki, bu səbəbdən bu gün saat 13:00-dan etibarən bir sıra avtomobil yollarında nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, I Avropa Oyunları məşəlinin Bakıya gətirilməsi əlaqədar paytaxtın bəzi küçə və prospektlərində müəyyən saatlarda nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti qadağa qoyulacaq.

Bununla əlaqədar günün sonunadək paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Rəşid Behbudov, Zərifə Əliyeva və Rixard Zorge küçələrində, iyunun 7-dən 8-nə keçən gecə saat 01:00-dan 04:00-dək Neftçilər prospektinin “Azneft” meydanından Muzey Mərkəzinə qədər olan hissəsində hər iki istiqamətdə, habelə 10 iyun tarixində Şəmsi Bədəlbəyli küçəsi, Səməd Vurğun küçəsi, Bülbül prospekti, Rəşid Behbudov küçəsi, Azadlıq prospekti, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi və Şövkət Ələkbərova küçəsində fasilələrlə 10-15 dəqiqə müddətinə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi