Mərkəzi Bank kotirovka sorğuları elan edib

Mərkəzi Bank kotirovka sorğuları elan edib Təkliflər martın 7-dək qəbul olunacaq
İnfrastruktur
25 Fevral , 2016 17:26
Mərkəzi Bank kotirovka sorğuları elan edib

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) kotirovka sorğuları elan edib. "Report" xəbər verir ki, bu barədə bu gün "Xalq qəzeti"ndə elan yerləşdirilib.

Kotirovka sorğuları Mərkəzi Banka məxsus inzibati və digər binalarda təmir-bərpa işlərinin görülməsi və malların (avadanlıqların) alınaraq quraşdırılması, müşahidə sistemi avadanlıqlarının alınaraq quraşdırılması, AMB-nin illik hesabatının elektron dizaynı və nəşr edilməsi üzrə elan olunub.

Qeyd olunub ki, 1-ci məsələ üçün iştirak haqqı 30 manat, 2-ci və 3-cü məsələ üçün isə 20 manatdır.

Kotirovka sorğuları üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri martın 7-si saat 17:00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və martın 9-u saat 10:00-da Mərkəzi Bankın inzibati binasında açılacaq.

Son xəbərlər

Orphus sistemi