Mərdəkan-Buzovna-Bilgəh yolunda yerüstü piyada keçidi inşa edilib

Mərdəkan-Buzovna-Bilgəh yolunda yerüstü piyada keçidi inşa edilib Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə yerüstü piyada keçidi inşa edilib. 
İnfrastruktur
2 Sentyabr , 2020 09:56
Mərdəkan-Buzovna-Bilgəh yolunda yerüstü piyada keçidi inşa edilib
0 : 00
0 : 00

Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq onların təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən yolda (köhnə “Mərdəkan Broyler” ASC-nin yaxınlığında) yerüstü piyada keçidi inşa edilib. 

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. 

Məlumata görə, Agentliyin mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə əraziyə baxış keçirilib, ən optimal sahə seçilərək yerüstü piyada keçidinin tikintisi həyata keçirilib.

Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırılıb.

Keçid 3 dayaqlıdır. Orta hissə uzunluğu 52 metr, eni 4,5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistemi qurulub. Keçiddə həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar inşa edilib.

Qeyd edək ki, sözügedən piyada keçidi Bakı şəhərində cari ildə inşa olunan sayca 4-cüsüdür. Bundan öncə Heydər Əliyev prospektində yeraltı, Moskva prospekti və Neapol küçəsində isə yerüstü piyada kieçidləri inşa edilib.

Son xəbərlər

Orphus sistemi