"Mercedes" tarixi qərar qəbul edib

"Mercedes" tarixi qərar qəbul edib "Smart" modeli ancaq elektrikli mühərriklə istehsal olunacaq
İnfrastruktur
3515
11 Sentyabr , 2017 18:03
Mercedes tarixi qərar qəbul edib
ACEA

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Mercedes" şirkəti istehsal etdiyi bütün avtomobil modellərində 2022-ci ilə qədər elektrikli opsiyanın təklif ediləcəyini bildirib.

"Report" "Bloomberg" agentliyinə istinadən bildirir ki, bu açıqlamanı "Daimler"in baş icraçı direktoru Diter Zetçe (Dieter Zetsche) investorlarla keçirilən iclasda verib.

Ayrıca şirkət rəhbəri bildirib ki, "Smart" modeli ancaq elektrikli istehsal olunacaq. Ən az 50 modeldə elektrikli opsiyanın təklif ediləcəyini bildirən D.Zetçe bu avtomobillərdən bəzilərinin hibrid, bəzilərinin tam elektrikli olacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi