Ötən il Azərbaycanda mənzil tikintisinə 1,3 mlrd. manatdan çox vəsait xərclənib

Ötən il Azərbaycanda mənzil tikintisinə 1,3 mlrd. manatdan çox vəsait xərclənib Bakı. 23 yanvar. REPORT.AZ/ 2018-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2 084,7 min kvadrat metr və ya ötən illə müqayisədə 3,3% çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.
İnfrastruktur
23 Yanvar , 2019 17:26
Ötən il Azərbaycanda mənzil tikintisinə 1,3 mlrd. manatdan çox vəsait xərclənib

Bakı. 23 yanvar. REPORT.AZ/ 2018-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2 084,7 min kvadrat metr və ya ötən illə müqayisədə 3,3çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, il ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 1 313,8 mln. manat olub, onun 252,3 mln. manatı dövlət, 1 061,5 mln. manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 2018-ci ildə 13,7 min fərdi yaşayış evi tikiblər ki, onların 23,3%-i Bakı şəhərində, 19,5%-i Naxçıvan Muxtar Respublikasında, 4%-i Masallı, 3,9%-i Sabirabad, 49,3%-i isə ölkənin digər şəhər və rayonlarında inşa edilib.

Son xəbərlər

Orphus sistemi