Menecer: “Füzuli Hava Limanının inşası layihəsini ayın sonunadək tamamlayacağıq"

Menecer: “Füzuli Hava Limanının inşası layihəsini ayın sonunadək tamamlayacağıq" “Bu layihə bizim üçün həm çox çətin, həm də bir o qədər asan layihə oldu. Ona görə çətin deyirəm ki, biz layihənin icrasına başlayanda burada heç nə yox idi, hər yerdə isə mina vadı. Amma buna baxmayaraq, Azərbaycan dövləti tikinti üçün lazım olan bütün z
İnfrastruktur
637
5 Sentyabr , 2021 14:10
Menecer: “Füzuli Hava Limanının inşası layihəsini ayın sonunadək tamamlayacağıq
Selim Akbay

“Bu layihə bizim üçün həm çox çətin, həm də bir o qədər asan layihə oldu. Ona görə çətin deyirəm ki, biz layihənin icrasına başlayanda burada heç nə yox idi, hər yerdə isə mina vadı. Amma buna baxmayaraq, Azərbaycan dövləti tikinti üçün lazım olan bütün zəruri addımları atdı. Ərazi minalardan təmizləndi, elektrik verildi və biz də işə başladıq”.

"Report" xəbər verir ki, bu fikirləri Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında aeroportun inşası üzrə layihə meneceri Selim Akbay deyib.

"Ona görə asan deyirəm ki, bu layihədə çalışan 1 000-ə yaxın şəxs öz işini ürəklə yerinə yetirir. Biz burada çalışan heç bir kəsə " yaxşı işlə, tez işlə" və s. bu kimi sözlər demədik. Layihənin icrasına Türkiyə və digər ölkələrdə hava limanında çalışmış, təcrübəsi olan mütəxəssisləri dəvət etdik”.

O, qeyd edib ki, ərazidə 12 türk firması fəaliyyət göstərir:

“İnşaat üçün Türkiyə, Rusiya, Çin, Amerika, Almaniya, İtaliya, İspaniya və Finlandiyadan beynəlxalq standartlara uyğun tikinti materialları, tikinti avadanlıqları və aeroport avadanlıqları gətirildi.

Düşünürəm ki, bir ay ərzində - sentyabrın sonuna qədər layihəmizi tamamlayacağıq", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi