Meliorasiya və Su Təsərrüfatına 700 min manat ayrılıb

Meliorasiya və Su Təsərrüfatına 700 min manat ayrılıb Prezident İlham Əliyev Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqındasərəncam imzalayıb.
İnfrastruktur
31 İyul , 2020 11:55
Meliorasiya və Su Təsərrüfatına 700 min manat ayrılıb

Prezident İlham Əliyev Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Balakən rayonunun əhalisi 49945 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Balakən rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

№-si

Yaşayış məntəqələri

Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

  1.      

Gərəkli kəndi

1

5489

  1.      

Hənifə kəndi

1

6690

  1.      

Xalatala kəndi

1

2984

  1.      

İtitala kəndi

1

2523

  1.      

Qaysa kəndi

1

3784

  1.      

Qazma kəndi

1

7538

  1.      

Qullar kəndi

1

5560

  1.      

Şambul kəndi

1

2707

  1.      

Talalar kəndi

1

6157

  1.  

Tülü kəndi

1

6513

Cəmi

10

49 945

Son xəbərlər

Orphus sistemi