Meliorasiya və su təsərrüfatı obyektləri üzrə müvafiq işlər üçün lisenziya və icazə tələb olunacaq

Meliorasiya və su təsərrüfatı obyektləri üzrə müvafiq işlər üçün lisenziya və icazə tələb olunacaq Əvvəllər lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilirdi
İnfrastruktur
1222
15 Fevral , 2018 07:31
Meliorasiya və su təsərrüfatı obyektləri üzrə müvafiq işlər üçün lisenziya və icazə tələb olunacaq

Bakı. 15 fevral. REPORT.AZ/ “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə görə, Nizamnamənin Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş 3.5-ci bəndi ləğv edilib.

Həmin bəndə görə, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Cəmiyyətin balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmadığından, müvafiq işləri lisenziya və icazə almadan yerinə yetirilirdi.

Son xəbərlər

Orphus sistemi