Məktəblilər “Bakı Metropoliteni”nin təlim-tədris mərkəzində olub

Məktəblilər “Bakı Metropoliteni”nin təlim-tədris mərkəzində olub Gənclər və İdman Nazirliyinin Bakı şəhər Gənclər və İdman idarəsinin təşəbbüsü ilə Arif Hüseynzadə adına 20 saylı məktəb liseyin şagirdləri “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində olub.
İnfrastruktur
16 Noyabr , 2019 18:25
Məktəblilər “Bakı Metropoliteni”nin təlim-tədris mərkəzində olub

Gənclər və İdman Nazirliyinin Bakı şəhər Gənclər və İdman idarəsinin təşəbbüsü ilə Arif Hüseynzadə adına 20 saylı məktəb liseyin şagirdləri “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində olub. 

“Report”un məlumatına görə, metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov və müvafiq sahələrin mütəxəssiləri ilk öncə şagirdləri mərkəzin giriş və dəhlizlərində xronoloji ardıcıllıqla metro tarixinin əks etdirən foto stendlərlə tanış edərək onlara ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin metropolitenin inkişaf tarixindəki missiyalarını əyani şəkildə nümayiş etdiriblər. 

Daha sonra metropolitenin yaranma və gələcək inkişaf perspektiv planları haqqında şagirdləri marağına səbəb olacaq təqdimatlar edərək texniki kabinet, auditoriyalar, ən əsası tədris guşələri, ayrı-ayrı istehsalat və peşə yönümlü istiqamətləri əhatə edən vəsaitləri əyani şəkildə təqdim ediblər. Mütəxəssislər şagirdlərin çoxsaylı sualların cavablandırıblar. 

Sonda şagirdlərin sinif rəhbəri Samirə Abbasova məktəbin direktoru Səadət Veysovanın təşəbbüsü ilə məktəblilərin ayrı-ayrı istehsalat,təhsil müssisələrinə tez-tez ekskursiyalar təşkil ediliyini bildirərək belə səfərlərin uşaqlarda böyük maraq hissi yaratdığını, onların bu sahələrdə biliklərinin zənginləşməsində səbəb olduğunu deyərək diqqət üçün metropolitenin rəhbərliyinə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi