MDB məkanında dəmir yolu ilə yükdaşımalar 3% artıb

MDB məkanında dəmir yolu ilə yükdaşımalar 3% artıb Bu ilin 9 ayında dəmir yolu ilə daşınan yüklərin həcmi 1,485 mlrd. ton olub
İnfrastruktur
23 Oktyabr , 2017 10:53
MDB məkanında dəmir yolu ilə yükdaşımalar 3% artıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində MDB ölkələrinin dəmir yolları ilə daşınan yüklərin artım tempi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz bəndi yüksəlib. “Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu fikir Riqada (Latviya) MDB ölkələrinin Dəmiryolu Nəqliyyatı Şurasının iclasında səsləndirilib.

Görüşdə Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan dəmir yol idarələrinin rəhbər şəxsləri, həmçinin Şuranın Gürcüstan, Latviya, Litva, Estoniya və Finlandiyadan olan nümayəndələri iştirak ediblər.

Məlumata görə, bu ilin 9 ayında dəmir yolu ilə daşınan yüklərin həcmi 1 484,5 mln. ton olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 41,7 mln. ton yaxud 2,9% çoxdur.

Son xəbərlər

Orphus sistemi