Masazırda su təchizatı və kanalizasiya sistemi yenidən qurulur

Masazırda su təchizatı və kanalizasiya sistemi yenidən qurulur “Azərsu” ASC Abşeron rayonunun Masazır qəsəbəsində içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlayıb.
İnfrastruktur
10 İyun , 2019 16:53
Masazırda su təchizatı və kanalizasiya sistemi yenidən qurulur

“Azərsu” ASC Abşeron rayonunun Masazır qəsəbəsində içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlayıb. 

Bu barədə “Report”a qurumdan bildirilir. 

Məlumata görə, səhmdar cəmiyyətin Tədbirlər Planına uyğun olaraq, qəsəbənin Sarı Aşıq küçəsində və ətraf ərazilərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır. Bu ərazilərin böyük hissəsində mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb. Su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və istismar tələblərinə cavab verməyən şəbəkə hesabına aparılıb. Su xətləri istismara yararsız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi. Xüsusilə yay aylarında yüksək ərazilərdə yerləşən evləri su ilə təmin etmək üçün suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq ərazidə mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradılması layihəsinin icrasına başlanılıb.

Layihə çərçivəsində Masazır qəsəbəsi Sarı Aşıq küçəsi və ətraf ərazilərdə müxtəlif diametrli borularla 18 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Ümumilikdə, bu ərazilərdə görülən işlərdən 5 minədək sakin faydalanacaq. Su təchizatında dayanıqlığın təmin edilməsi məqsədilə yeni inşa edilən şəbəkə 2 nöqtədə əsas magistral xətlərə qoşulacaq. Bu da qəsəbənin relyef baxımından yüksəklikdə yerləşən yaşayış evlərini də dayanıqlı içməli su ilə təmin etməyə imkan yaradacaq.

Tikinti-quraşdırma işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi