Masallıda “ASAN xidmət” mərkəzinin tikilməsi üçün 7 milyon manat ayrıldı

Masallıda “ASAN xidmət” mərkəzinin tikilməsi üçün 7 milyon manat ayrıldı Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
694
16 İyul , 2015 18:33
Masallıda “ASAN xidmət” mərkəzinin tikilməsi üçün 7 milyon manat ayrıldı

Bakı. 16 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regionlarda əhaliyə göstərilən xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional “ASAN xidmət” mərkəzinin tikilməsi üçün ilkin olaraq 7 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə isə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi