Macarıstanın WizzAir şirkəti mart ayından Bakıya aviareysləri bərpa edəcək

Macarıstanın WizzAir şirkəti mart ayından Bakıya aviareysləri bərpa edəcək Budapeşt-Bakı marşrutu üzrə aviareyslər həftədə iki dəfə həyata keçiriləcək
İnfrastruktur
30 Oktyabr , 2014 14:58
Macarıstanın WizzAir şirkəti mart ayından Bakıya aviareysləri bərpa edəcək
Bakı. 30 oktyabr. REPORT.AZ/ Macarıstanın WizzAir aviaoperatoru 2015-ci il mart ayının 29-dan Budapeşt-Bakı marşrutu üzrə aviareysləri həyata keçirəcək. 

Aviaşirkətdən "Report"a bildirilib ki, bu haqda razılaşma Macarıstan və Azərbaycan tərəfləri arasında əldə olunub.

Şirkətdən bildirilib ki, reyslər həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək. Baqaj hesablanmadan bir biletin qiyməti 39 avrodan başlayacaq.

Qeyd edək ki, WizzAir şirkəti 2013-cü ilin iyun ayından Bakıya uçuşları yerinə yetirir. Lakin uçuşa icazə verən müqavilə müddətinin bitməsi ilə əlaqədar tərəflər reyslərin davam etdirmək şərtləri haqqında razılığa gələ bilmirdilər. 

WizzAir-in saytında Budapeşt və Bakı arasında bu ilin noyabr ayı üçün uçuş qrafiki göstərilməyib. 

Son xəbərlər

Orphus sistemi