Marşrut xətlərindən birində gediş haqqı azaldılıb

Marşrut xətlərindən birində gediş haqqı azaldılıb Bakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığını nəzərə alaraq marşrut xəttini adi rejimə keçirib
İnfrastruktur
1215
17 May , 2021 09:58
Marşrut xətlərindən birində gediş haqqı azaldılıb

Bakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığını nəzərə alaraq M8 ekspress marşrut xəttini (Maştağa qəsəbəsi - “Gənclik” metro stansiyası) adi rejimə keçirib.

“Report” xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli "Twitter" sosial şəbəkəsində bildirib.

"Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib", - o deyib.

Son xəbərlər

Orphus sistemi