M8 ekspres xətti üzrə avtobusların hərəkət sxemi dəyişib

M8 ekspres xətti üzrə avtobusların hərəkət sxemi dəyişib M8 Maştağa - Gənclik m/st-sı ekspres xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
İnfrastruktur
18 Yanvar , 2022 19:02
M8  ekspres xətti üzrə avtobusların hərəkət sxemi dəyişib

M8 Maştağa - Gənclik m/st-sı ekspres xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə "Report" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Dəyişikliyə əsasən, M8 xətti üzrə avtobusların Ziya Bünyadov prospekti, Böyük Şor qovşağı yaxınlığındakı dayanacaq məntəqəsi artıq ləğv edilib.

Maştağa qəsəbəsi - Gənclik m/st-sı istiqamətində avtobusların hərəkəti sabahdan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən keçməklə təşkil ediləcək.

"Metronun “Gənclik” stansiyası istiqamətində M8 xətti ilə hərəkət edəcək sərnişinlərdən ikinci perrondan istifadə etmələri xahiş olunur", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi