Bakı. 18 mart. REPORT.AZ/ Almaniyanın nəhəng aviadaşıyıcısı "Lufthansa" martın 18-nə planlaşdırılan 1400 reysdən 750-ni ləğv edib.
"Report" xəbər verir ki, şirkət nümayəndəsi bu qərarı pilotların növbəti tətili ilə əlaqələndirib.
Bu gün, daxili və xarici reyslərin demək olar ki, yarısı icra olunmayacaq.
"Lufthansa" reysləri ilə uçmalı olan 80 minə yaxın sərnişin öz planlarını dəyişmək və ya başqa uçuş variantları axtarmaq məcburiyyətində qalıb.