​Lökbatan dairəsindən şəhər istiqamətində bağlanmış yol açılıb

​Lökbatan dairəsindən şəhər istiqamətində bağlanmış yol açılıb Ərazidə aparılan təmir-tikinti işləri yekunlaşıb
İnfrastruktur
6 May , 2015 11:38
​Lökbatan dairəsindən şəhər istiqamətində bağlanmış yol açılıb

Bakı. 6 may. REPORT.AZ/ Bakı Dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsindən şəhər istiqamətinə doğru olan 14 km-lik hissəsində aparılan təmir-tikinti işləri yekunlaşıb. Artıq yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. "Report" xəbər verir ki, bu haqda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyi məlumat yayıb.

Qeyd edək ki, Bakı Dairəvi yolunun Lökbatan dairəsindən şəhərə doğru olan hissəsində “Azəryolservis” təmir-tikinti işlərinə mart ayında başlayıb. Təmir-tikinti işləri zamanı yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, həmin hissələrdə yeni yol yatağı salınıb. Yolda 4 min kubmetr torpaq işləri görülüb, ümumilikdə təqribən 210 min kv. metr yeni asfalt-beton örtüyü salınıb. Yolda zədələnmiş və əyilmiş əyrixətli tirlər yeniləri ilə əvəzlənib, nişanlanma xətləri, "Oyunlar zolağı" çəkilib və zəruri olan yerlərdə yol nişanları quraşdırılıb.

Bundan başqa, yolun kənarlarında və ayırıcı zolaqların mümkün hissələrində abadlaşdırma və yaşıllaşdırma işləri həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi