“LiftTəmir” 9 milyon manatlıq 2 tenderə yekun vurub

“LiftTəmir” 9 milyon manatlıq 2 tenderə yekun vurub Qalib şirkətlərə müvafiq olaraq 7,822 milyon manat və 1,063 milyon manat, ümumilikdə isə 8,885 milyon manat ödəniləcək.
İnfrastruktur
16 Dekabr , 2020 14:18
“LiftTəmir” 9 milyon manatlıq 2 tenderə yekun vurub

Bakı Şəhər İcra Hakimiyyətinin “LiftTəmir” İstehsalat Birliyi paytaxtda liftlər üçün dispetçer sistemi ilə təchiz edilmiş avadanlıqların alınması, dövlət mənzil fonduna aid binalarda istismar müddətini başa vurmuş köhnə lift avadanlıqlarının sökülməsi, lift şaxtalarında və maşın (mühərrik) otaqlarında təmir-bərpa və gücləndirmə işlərinin aparılması, yeni lift avadanlıqları dəstinin quraşdırılması, liftlərin mərkəzi dispetçer məntəqəsi ilə inteqrasıyasının təmin edilməsi üçün zəruri infrastrukturun yaradılması məqsədi ilə malların, işlərin və xidmətlərin, həmçinin pilot layihə üçün video müşahidə sistemlərinin (1), eləcə də liftlər üçün müxtəlif parametrli elektrik tənzimləyicilərinin (stabilizatorların) və pilot layihə üçün rəqəmsal video rekord avadanlıqlarının (2) satın alınması üzrə elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Azərlift Servis” və "Global in-Group" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 7,822 milyon manat və 1,063 milyon manat, ümumilikdə isə 8,885 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi