​Latviyanın "AirBaltic" aviaşirkəti Azərbaycana uçuşlara başlayır

​Latviyanın "AirBaltic" aviaşirkəti Azərbaycana uçuşlara başlayır Aviareyslər yay mövsümündə təşkil olunacaq
İnfrastruktur
7 Mart , 2016 23:32
​Latviyanın AirBaltic aviaşirkəti Azərbaycana uçuşlara başlayır

Bakı. 7 mart. REPORT.AZ/ Latviyanın "AirBaltic" aviaşirkəti yayda həyata keçiriləcək yeni istiqamətlərin siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, siyahıda Azərbaycanın da adı var.

Şirkətin yay mövsümündə yeni həyata keçiriləcək uçuş cədvəli:

Nitsa (Fransa), Malta, Bakı (Azərbaycan), Afina, Saloniki, Rodos (hər üçü Yunanıstan), Dubrovnik , Rieka (Xorvatiya), Burqas (Bolqarıstan), Venesiya, Olviya (İtaliya) və Palma-de-Mayorka (İspaniya).

Şirkət nümayəndələrinin sözlərinə görə, bu reyslər yay istirahəti üçün ideal olacaq.

Son xəbərlər

Orphus sistemi