Lahordan Bakıya ilk reys həyata keçirilib

Lahordan Bakıya ilk reys həyata keçirilib “Pakistan International Airlines”aviaşirkətinə məxsus ilk təyyarə Bakıya uçuş həyata keçirib.
İnfrastruktur
16 Mart , 2022 13:42
Lahordan Bakıya ilk reys həyata keçirilib

“Pakistan International Airlines”aviaşirkətinə məxsus ilk təyyarə Bakıya uçuş həyata keçirib.

Bu barədə “Report”a Pakistanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilir ki, Lahor-Bakı istiqamətində uçuş həyata keçirən təyyarə Bakı vaxtı ilə saat 13.30-da Heydər Əliyev Hava Limanına enib.

Qeyd edək ki, “Pakistan International Airlines” bu həftədən Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlara başlayır. Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi