Laçında quruculuq işlərində xidmətləri olan qurumlar mükafatlandırılıblar

Laçında quruculuq işlərində xidmətləri olan qurumlar mükafatlandırılıblar Laçında aparılan tikinti-quruculuq işlərində xidmətləri olan dövlət qurumları və şirkətlərin təntənəli mükafatlandırma mərasimi keçirilib.
İnfrastruktur
29 dekabr 2023 16:43
Laçında quruculuq işlərində xidmətləri olan qurumlar mükafatlandırılıblar

Laçında aparılan tikinti-quruculuq işlərində xidmətləri olan dövlət qurumları və şirkətlərin təntənəli mükafatlandırma mərasimi keçirilib.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Mərasimdə Laçının yenidən qurulmasında, abadlaşdırılmasında və məşğulluğun təmin olunmasında xidmətlərinə görə bir sıra qurumlar, habelə şirkətlər mükafatlandırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də Laçının yenidən qurulmasındakı fəaliyyətinə görə mükafatlandırılanlar sırasında olub.

Mükafatçılara “Laçın qartalı” heykəli təqdim edilib.

Son xəbərlər

Orphus sistemi