Kurık limanından 1 milyonuncu ton yük Bakı limanına göndərilib

Kurık limanından 1 milyonuncu ton yük Bakı limanına göndərilib Kurık bərə kompleksindən Qazaxıstanın taxıl, kömür, neft məhsulları, gübrə, kimyəvi maddələri ixrac edilir
İnfrastruktur
20 Oktyabr , 2017 16:14
Kurık limanından 1 milyonuncu ton yük Bakı limanına göndərilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Qazaxıstanın Xəzər dənizindəki Kurık limanından 1 milyonuncu ton yük Bakı limanına göndərilib.

“Report” xəbər verir ki, Qazaxıstan KİV-i bu barədə Mangistau əyalətinin kommunikasiya xidmətinə istinadən məlumat yayıb.

Rəsmi məlumata görə, 1 milyon ton yükdən 548 min tonu ixraca göndərilib, 452 min ton isə idxalın payına düşüb. Kurık limanından yüklər Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya istiqamətlənir. Hazırda Kurık bərə kompleksindən Qazaxıstanın taxıl, kömür, neft məhsulları, gübrə, kimyəvi maddələri, eyni zamanda Çin, Qırğızıstan, Özbəkistandan tranzit yükləri ixraca göndərilir.

Son xəbərlər

Orphus sistemi