Gömrükçülər külli miqdarda siqaret və dərmanın ölkəyə qanunsuz gətirilməsinin qarşısını alıb

Gömrükçülər külli miqdarda siqaret və dərmanın ölkəyə qanunsuz gətirilməsinin qarşısını alıb Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda Gürcüstandan idarə etdiyi DAF markalı yük nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.
İnfrastruktur
135
20 İyun , 2020 11:59
Gömrükçülər külli miqdarda siqaret və dərmanın ölkəyə qanunsuz gətirilməsinin qarşısını alıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

“Report”un Komitəyə istinadən verdiyi məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Amma gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda ön şitin arxasında və mühərrikin üst hissəsindəki hava filtirinin içərisində gömrük nəzarətindən gizlədilən 1 800 ədəd "Marlboro Touch" markalı siqaret, üzərlərində "Xarelto 20 mg" yazısı olan 1 400 ədəd həb və "Proluton Depot 50mg/2 ml" yazısı olan 400 ampuladan ibarət dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi