Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi iki gündən sonra əvvəlki yerində xidmət göstərəcək

Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi iki gündən sonra əvvəlki yerində xidmət göstərəcək Bakı Nəqliyyat Agentliyi ərazidə təhlükəsizlik tədbirləri görüb
İnfrastruktur
8 İyun , 2017 15:50
Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi iki gündən sonra əvvəlki yerində xidmət göstərəcək

Bakı. 8 iyun. REPORT.AZ/ İyunun 10-da Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi əvvəlki yerində sərnişinlərə xidmət göstərəcək. 

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, köçürülmə ilə əlaqədar BNA ərazidə hərəkətin təhlükəsizliyi baxımından önəmli olan vacib tədbirlərin icrasını həyata keçirib: "Nəqliyyatı Mübadilə Mərkəzinin perronlarına daxil olacaq avtobusların sürətini azaldan xüsusi maneələr quraşdırılıb. Marşrutlar üzrə avtobusların hansı dayanacağa daxil olması ilə bağlı məlumat löhvələri qoyulub. Həmçinin, dayanacaq pavilyonlarının üzərinə də bununla bağlı məlumatlar qeyd edilib". 

Son xəbərlər

Orphus sistemi