“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır

“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır Prosesin yaxın bir həftəyə yekunlaşdırılması nəzərdə tutulub
İnfrastruktur
29 May , 2017 13:02
“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır
bna.az

Bakı. 29 may. REPORT.AZ/ “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır. Bakı Nəqliyyat Agentliyindən "Report"a daxil olan məlumata görə, hazırda ərazidə avtobusların rahat giriş-çıxışı, eləcə də sərnişinlərin təhlükəsiz hərəkəti üçün zəruri işlər görülür.

"Prosesin yaxın bir həftəyə yekunlaşdırılması nəzərdə tutulub", - deyə Agentlikdən bildirilib.

Qeyd edək ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinə Bakıətrafı kənd və qəsəbələrdən 29 marşrut xətti üzrə avtobuslar daxil olur.

Xatırladaq ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin yeri aprelin 4-də Atletlər Kəndinin nəqliyyat əməliyyatları ilə əlaqədar olaraq dəyişdirilib. Məqsəd İslam Oyunları ərəfəsində və Oyunlar zamanı ətraf kənd və qəsəbələrdən "Koroğlu" metro stansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək idi.

Son xəbərlər

Orphus sistemi