Komitə sədri Sabirabadda 6 rayonun vətəndaşları ilə görüşəcək

Komitə sədri Sabirabadda 6 rayonun vətəndaşları ilə görüşəcək Vətəndaşlarla görüş rayonda yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq
İnfrastruktur
24 oktyabr 2016 16:15
Komitə sədri Sabirabadda 6 rayonun vətəndaşları ilə görüşəcək

Bakı. 24 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov oktyabrın 28-də Sabirabad rayonunda vətəndaşlarla görüşəcək.

“Report” komitəyə istinadən xəbər verir ki, görüşdə yalnız Sabirabad, Şirvan, Hacıqabul, Salyan, Neftçala və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Saat 11:00-da Sabirabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq görüşdə qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Görüşə yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və ya Dövlət Komitəsinin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349) ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi