Köçərli Həsənov Göygöldə vətəndaşları qəbul edib

Köçərli Həsənov Göygöldə vətəndaşları qəbul edib “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.
İnfrastruktur
18 May , 2022 12:32
Köçərli Həsənov Göygöldə vətəndaşları qəbul edib

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 46 nəfər iştirak edib.

Onların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. K.Həsənov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi