Köçərli Həsənov Göygöl və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcək

Köçərli Həsənov Göygöl və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcək Mayın 17-də “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Göygöl rayonunda, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.
İnfrastruktur
11 May , 2022 12:19
Köçərli Həsənov Göygöl və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcək

Mayın 17-də “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Göygöl rayonunda, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Göygöl rayon Sukanal Sahəsinin inzibati binasında keçiriləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Göygöl və Daşkəsən Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi