Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında Koordinasiya Qrupu yaradılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında Koordinasiya Qrupu yaradılıb Bakı. 25 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında qərar qəbul edib.
İnfrastruktur
25 Sentyabr , 2018 07:52
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında Koordinasiya Qrupu yaradılıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında" qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu yaradılıb və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi” təsdiq edilib.

Kiçik və orta biznes evlərinin əhatə etdiyi ərazilər üzrə rayon (şəhər) icra hakimiyyətlərinə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müraciəti əsasında Koordinasiya Qrupuna nümayəndələrinin ayrılmasını təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi