"Türkiyədə baş vermiş zəlzələdən sonra verdiyi dəstəyə görə Azərbaycana minnətdarıq".
"Report" xəbər verir ki, bunu yeraltı təkanların qeydə alındığı Türkiyənin Kahramanmaraş bölgəsinin bələdiyyə sədri Hayrettin Güngör bildirib.
"Azərbaycan Türkiyəyə çadırlar göndərdi. Tibb heyətiniz zəlzələdə xəsarət almış vətəndaşlarımıza gecə-gündüz tibbi yardım göstərdilər. Buna görə qardaş ölkəyə daim minnətdarıq. Bir millət, iki dövlət olduğumuzu daim hiss etmişik. Azərbaycan hökumətinə həm öz, həm də şəhərimiz adından təşəkkür edirəm. Yaşadığımız bu dövr bizə şəhərlərimizi daha sağlam inşa etmək üçün ciddi araşdırmalar aparmağa sövq etdi. Memar planlaşdırmaları edirik. Azərbaycan məhəlləsi adlı yerdə inşa edilən mənzillər dördmərtəbəli olacaq. Seysmik ərazilərdə torpaqdan alınmış və incələnmiş nümunələr baş verə biləcək təkanlara yalnız dördmərtəbəli binaların tab gətirəcəyini gəstərib. Buna uyğun olaraq bərpa işlərimiz davam edir", - o qeyd edib.